APA erməni dilində xəbər xidmətinə başlayıb

APA erməni dilində xəbər xidmətinə başlayıb

Agentlik 2004-cü ildə yaradılıb.

APA İnformasiya Agentliyi daha bir dildə xəbər xidmətinə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, agentlik bundan sonra erməni dilində də on-line xəbər yayımı ilə məşğul olacaq.

APA-nın erməni dilində xəbərləri ilə www.am.apa.az internet ünvanında tanış olmaq mümkündür.

Agentliyin erməni dilində xidməti Azərbaycanda, Cənubi Qafqazda və dünyada baş verənləri, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri ermənidilli oxuculara çatdıracaq.

Qeyd edək ki, “APA Holding”ə daxil olan APA İnformasiya Agentliyi 2004-cü ildə yaradılıb. Agentlik indiyə qədər Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində xəbər xidməti göstərib. 

0
26