Qax Mədəniyyət və Turizm şöbəsinin müdiri vəfat etdi

Qax Mədəniyyət və Turizm şöbəsinin müdiri vəfat etdi

“Əməkdar Mədəniyyət İşçisi” adına layiq görülmüşdü.

Aprelin 28-də Qax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Omarov Nəzir Osman oğlu qəflətən vəfat edib.

Bu barədə Oxu.Az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

N.Omarov 1954-cü ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olub O 1987-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Əmək fəaliyyətinə musiqi məktəbində müəllim kimi başlayan N.Omarov Qax rayon Qaxmuğal kənd mədəniyyət evinin direktoru, Qax rayon mədəniyyət evinin bədii rəhbəri, direktoru vəzifələrində işləyib.

N.Omarov 1994-cü ildən 2006-cı ilədək Qax rayon Mədəniyyət Şöbəsinin, 2006-cı ildən ömrünün sonunadək Qax rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar Mədəniyyət İşçisi” adına layiq görülüb.

Allah rəhmət eləsin!

www.oxu.az

0
237