Çavuşoğlu: Osmanlı türkü qardaşını heç vaxt darda qoymaz

Çavuşoğlu: Osmanlı türkü qardaşını heç vaxt darda qoymaz

“Biz hər zaman qardaş Azərbaycanın yanındayıq”.

Ermənistan daima Azərbaycana qarşı təxribatlar törədir. Baxmayaraq ki, Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində fəaliyyət göstərir. 

Oxu.Az Rosbalta istinadən xəbər verir ki, bunu bəyan edib. 

“Minsk üçlüyü nə işə yarayır? Bu gün Rusiya, ABŞ və Fransa bu məsələni həll etmək istəsə, bir həftəyə münaqişə həllini tapar. Münaqişəni həll etmədikləri üçün belə hadisələr baş verir”, - Mövlud Çavuşoğlu vurğulayıb ki, Türkiyə hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub.

Antalya aeroportunda suallara cavab verrəkən o, Ermənistanı BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq zərbaycan ərazilərini işğal etməkdə ittiham edib. Onun sözlərinə görə, dünya ictimaiyyəti buna göz yumur. 

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi qısa bir zamanda dinc yolla həll edilməli, Azərbaycan ərazi bütövlüyü təmin edilməlidir. 

“Türkiyəyə gəldikdə, əlbəttə, hər zaman qardaş Azərbaycanın yanındayıq. Nə zaman, hansı mövzuda bizə ehtiyacı olarsa, Azərbaycanın yanındayıq. Necə deyərlər: Osmanlı türkü özü yıxılanda belə, qardaşını darda qoymur”, - Türkiyə diplomatiyasının rəhbəri bildirib.

www.oxu.az

0
43