Azərbaycanlı tələbələr daha çox bu ölkələrdə təhsil alıb – SİYAHI

Azərbaycanlı tələbələr daha çox bu ölkələrdə təhsil alıb – SİYAHI

Əcnəbi ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 3 min nəfərə yaxınlaşıb.2015-2016-cı tədris ilinin əvvəlində xarici ölkələrin ali təhsil müəssisələrində dövlət xətti ilə ən çox tələbə Türkiyə (907), Böyük Britaniya (621), Almaniya (316), Rusiya (247), Kanada (195), Niderlandda (139) təhsil alıb.

Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qeyd olunan tədris ilində əcnəbi ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2998 nəfər olub.

Onlardan 320-si MDB, 2678 nəfəri digər ölkələrin payına düşür.

Bundan başqa, tələbələr Belarusda 36, İsveçrədə 82, Ukraynda 37, ABŞ-da 57, Avstriyada 29, Avstraliyada 72, Çində 39, Fransada 54, Çexiyada 19 və s. ölkələrdə təhsil alıb.

Azərbaycanlı tələbələrin ən az təhsil aldığı yerlər Latviya (1), Rumıniya (1), Estoniya (3), Norveç (2), Finlandiya (3) kimi ölkələr olub.

U.A.

0
10