Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alındı

Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alındı

18 Noyabr 2016-cı il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 (yüz) manat olan 750 min ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100452S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Bu barədə Palatadan Oxu.Az-a bildirilib.

Palatadan qeyd edilib ki, sözügedən notların tədavül müddəti 28 gündür.

U.A.

0
5