Məşhur müğənni niyə evlənmədiyini açıqlayıb

Məşhur müğənni niyə evlənmədiyini açıqlayıb

Özcan Dəniz Türkiyənin “Sabah” qəzetinə müsahibə verib.

Lent.az-ın Türkiyə Kİv-ə istinadən məlumatına görə, evliliklə bağlı sualları cavablandıran Ö.Dəniz deyib ki, bu ana qədər ona evliliyi düşündürən qadınla qarşılaşmayıb: “Evlilik istəməklə olan bir şey deyil. Birinin bunu sizə hiss etdirməsi lazımdır. Bir qadın girər həyatınıza və sizə evliliyi də, uşağı da düşündürər. Bu ana qədər mənə evliliyi düşündürən olmayıb”.

Ö.Dəniz deyir ki, ailəsi, ətrafı çox qələbəlik olduğundan heç vaxt “yalnızam, nə edəcəm?!" kimi qorxusu olmayıb: “Amma bu, “Evlənmirəm, nə ehtiyac var??” düşüncəsinə sahib olduğum demək deyil. Təbii ki, bir gün bunu  mənə düşündürəcək biri qarşıma çıxsa, bütün enerjimlə onunla maraqlanacam”.

Ö.Dənizin fikrincə kişi evlənmək üçün əvvəlcə öz həyatı ilə bağlı bütün qayğı, dərdlərini həll etməlidir: “Evlilik üçün gec qaldığımı düşünmürəm. Əksinə, tam zamanıdır. Mən kişinin 40 yaşından əvvəl macəralar yaşamasını xeyirli görmürəm. Əvvəlcə işi-gücü olmalı, həyatla bağlı qayğılarını bitirməlidir. Yoxsa həyatına girəcək qadın, uşaqları da yazıq edər".

0
7