Azərbaycanda intihar edən qadın və uşaqların sayı açıqlanıb

Azərbaycanda intihar edən qadın və uşaqların sayı açıqlanıb

Azərbaycanda ötən il və bu ilin 9 ayı ərzində intihar edən insanların sayı açıqlanıb.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov Report-un sorğusuna cavab olaraq bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.

S.B.

0
5