Əfsanəvi futbolçu yenidən meydanlara qayıdır

Əfsanəvi futbolçu yenidən meydanlara qayıdır   Əfsanəvi futbolçu Xuan Sebastian Veron ikinci dəfə karyerasını bərpa etməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Veron yenidən “Estudiantes”in formasını geyinəcək.   İlk dəfə 2012-ci ildə butslarını mıxdan asan və 2 ildən sonra yenidən “Estudiantes”in heyətində görünən 41 yaşlı argentinalı elə həmin il ikinci dəfə təqaüdə çıxmışdı.   Əgər azarkeşlər yeni istifadəyə verilən stadionda biletlərin 65-ni alsalar, o zaman Veron 2017-ci ildə Libertadores Kubokunda və ölkə çempionatında “Estudiantes”in uğurları üçün çalışacaq.   Qeyd edək ki, Veron hazırda “Estudiantes”in prezidenti vəzifəsini də icra edir.
0
4