Baş nazirlikdən getdi, daha çox qazanmağa başladı

Baş nazirlikdən getdi, daha çox qazanmağa başladı

İngiltərənin keçmiş baş naziri Devid Kameron baş nazir postundan imtina etsə də, əvvəlkindən daha çox pul qazanır.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ötən ilin sentyabr ayında istefa verən D.Kameron indi konfranslarda çıxış edir.

Sabiq nazirin ABŞ-da bir saatlıq çıxışı üçün 120 min funt aldığı bildirilir. Bir sözlə, keçmiş baş nazirin bir dəqiqəlik danışığı 2 min funt dəyərindədir.

Kameron nazir ikən il ərzində 143 min  462 funt qazanırdı.

Qeyd edək ki, İngiltərənin daha əvvəlki baş naziri Toni Bleyer də təqaüdə çıxandan sonra konfranslardan, daşınmaz əmlak investisiyalarından və şəxsi şirkəti hesabına 60 milyon funtluq sərvətə sahib olub.

Belə anlaşılır ki,  İngiltərənin baş nazirləri istefa verdikdən sonra pul qazanmağa başlayırlar.

0
7