İstanbulda yandırılan təcridxanadan 50 əcnəbi qaçıb

İstanbulda yandırılan təcridxanadan 50 əcnəbi qaçıb

Bu gün İstanbulun Fatih rayonunda deportasiya ediləcək əcnəbilərin saxlandığı təcridxanada yanğın baş verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kumkapıda yerləşən rayon Miqrasiya İradəsində saxlanılan əcnəbilər etiraz aksiyası keçiriblər. Aksiya zamanı bəzi əşyalar yandırılıb və alov qısa müddətdə ətrafa yayılıb.

Hadisə yerinə polis qüvvələri və yanğınsöndürənlər cəlb olunub. İnsident zamanı üç nəfər yanıq xəsarəti alıb.

Qarışıqlıqdan istifadə edən 50 əcnəbi isə qapıları sındıraraq, təcridxanadan qaçıb.

S.B.

0
3