Sumqayıtda qanunsuz dini ədəbiyyat aşkarlanıb

Sumqayıtda qanunsuz dini ədəbiyyat aşkarlanıb

Daxili İşlər Nazirliyi Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə reyd keçirib.

Oxu.Az -ın DİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsiəməkdaşlarının noyabrın 18-də Sumqayıt şəhəri ərazisində keçirdikləri birgə tədbirlər nəticəsində şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd DVD aşkar edilərək götürülüb. Həmin mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

S.B.

www.oxu.az

0
5