Türkiyə vətəndaşı Astara Gömrük Nəzarət Məntəqəsində öldü

Türkiyə vətəndaşı Astara Gömrük Nəzarət Məntəqəsində öldü

Türkiyə vətəndaşı Azərbaycanda ölüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Türkiyənin Qars vilayətindən olan 56 yaşlı Aydın Cisim adlı şəxs Azərbaycanın Astara Gömrük Nəzarət Məntəqəsindən İran İslam Respublikası ərazisinə keçərkən qəfildən halı pisləşib.

Bu zaman həyat yoldaşı da yanında olub. Lakin ona kömək etmək mümkün olmayıb. Nəticədə A.Cisim dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

E.Ə.

0
8