Ukrayna prezident Baş Prokurorluğa çağırıldı

Ukrayna prezident Baş Prokurorluğa çağırıldı

Ukrayna prezidenti Petro Poroşenko Kievdə “Maydan” nümayişçilərinə qarşı cinayətə görə açılmış işlə bağlı dindiriləcək.

Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, prezident dindirilmək üçün noyabrın 29-da Baş prokurorluğa çağırılıb.

Lakin prezident administrasiyası Poroşenkonun hansı qismdə dindiriləcəyi ilə bağlı sorğunu cavablandırmayıb.

Qeyd edək ki, sentyabrın ortalarında Ukrayna baş prokuroru Yuri Luçenko bəyan etmişdi ki, Poroşenko 2013-2014-cü ildə Maydanda baş verən hadisələrlə bağlı ifadə verəcək.

E.Ə.

0
5