Tallində keçirilən beynəlxalq festivalda “İçəri şəhər” filminin nümayişi baş tutub

Tallində keçirilən beynəlxalq festivalda “İçəri şəhər” filminin nümayişi baş tutub

Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” Beynəlxalq Film Festivalında “İçəri şəhər” bədii filmi nümayiş olunub. Film festivalın “Forum” proqramında iştirak edir.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Oxu.Az-a bildirilib ki, “İçəri şəhər”in növbəti nümayişi noyabrın 21-də keçiriləcək.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Anar Xəlilov, Elmira Şabanova və digərləri canlandırıblar.

Qeyd edək ki, film hazırda Misirin Qahirə Beynəlxalq Film Festivalında nümayiş olunur. Festivalda filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat iştirak edir.

A.S.

0
6