Ərdoğan mərakeşli gözələ hədiyyə göndərdi – FOTO

Ərdoğan mərakeşli gözələ hədiyyə göndərdi – FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aktyor Murat Yıldırımın nişanlısı İmana El Baniyə “Quran-i Kərim” hədiyyə edib.

Oxu.Az Qafqazinfo-ya xəbər verir ki, bu barədə M.Yıldırımın özü sosial şəbəkədə məlumat verib.

Aktyor hədiyyənin fotosunu instaqramda paylaşaraq prezidentə təşəkkürünü bildirib:

“Prezident, siz mənə mənəvi atalıq etdiniz, sonra da ən gözəl hədiyyə olan “Quran”ı nişanlım üçün göndərdiniz. Sizə minnətdaram”.

Xatırladaq ki, bir müddət əvvəl Ərdoğan “Facetime” ilə El Baninin ailəsiylə görüntülü şəkildə danışıb.

Prezident mərakeşli gözəli Murat üçün ailəsindən istəyib.

A.S.

0
6