Azərbaycan qaçqın və məcburi köçkünlərə ayrılan vəsaiti azaldır

Azərbaycan qaçqın və məcburi köçkünlərə ayrılan vəsaiti azaldır

Azərbaycan dövlət büdcəsindən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə ayrılan vəsaitin həcmini 21% azaldır.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu, gələn il üçün dövlət və icmal büdcə layihələrində göstərilib.

Gələn il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin, o cümlədən məcburi köçkünlərin 850,0-dən çox məskünlaşma obyektlərinin cari təmirinin, məcburi köçkünlərin istifadə etdikləri elektrik enerjinin, su haqqının və kanalizasiya xidmətlərinin, mövsümdən asılı olaraq təbii qazın və istilik enerjisinin dəyərinin ödənilməsinin və onlara verilən müavinətlərin maliyyələşdirilməsinə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 177,5 mln. manatının yönəldiləcəyi proqnozlaşdırılır. Builki rəqəm 224,4 mln. manatdır.

E.Ə.

0
5