Hələbdə etiraz: 17 nəfər ölüb

Hələbdə etiraz: 17 nəfər ölüb

Suriyanın Hələb şəhərinin şərq rayonlarının sakinləri silahlıların terroruna baxmayaraq etirazlarını və şəhərin təhlükəsiz rayonlarına çıxmaq cəhdlərini davam etdirirlər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu şənbə günü Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Nazirlik rəsmisi Hələbin şərq hissəsindən olan qaçqınların sözlərinə istinad edən bildirib ki, təqribən 300 dinc sakin terrorçulara və "yerli şura"ya etiraz edib. Çaxnaşma zamanı onlar Bustan Əl-Kəsr buraxılış məntəqəsini yarıb keçmək istəyiblər.

General-mayorun sözlərinə görə, silahlılar iriçaplı pulemyotlardan onlara atəş açaraq nümayişi dağıdıblar, daha sonra məntəqənin bütün çıxışlarını minalayıblar və yaxınlıqdakı evlərin damlarına snayperçilər yerləşdiriblər.

Konaşenkov bildirib ki, həmin gün Sahur rayonundan olan (Şərqi Hələb) 200-dən çox dinc sakin küçəyə etiraz aksiyasına çıxıb və hökumət qoşunlarının nəzarəti altında olan əraziyə keçməyə çalışıb:

“Heydəriyyə rayonunda yaraqlılar xəbərdarlıqsız mitinq iştirakçılarına avtomat silahlardan atəş açıblar. Hadisə yerində 17 nəfər ölüb, 40-dan çox insan yaralanıb. Terrorçular etirazların "təşkilatçısı" hesab etdikləri onlarla kişini tutaraq naməlum istiqamətdə aparıblar. Həmin gecə onların hamısı güllələnib”.

E.Ə.

0
7