Qəbələdə qəza: Ölən var

Qəbələdə qəza: Ölən var

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ şəhərində “Mercedes” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Şimal-Qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1992-ci il təvəllüdlü Qaracayev İntiqam Abdulla oğlunun meyitini çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:58-də başa çatıb.

E.Ə.

0
7