“Çelsi” türk futbolçunu hədəfə aldı

“Çelsi” türk futbolçunu hədəfə aldı

“Bayer”in türk futbolçusu Hakan Çalhanoğlu “Çesli”nin maraq dairəsinə düşüb. Apasport.az saytının Britaniyanın nüfuzlu “The Sun” nəşrinə istinadən məlumatına görə, “zadəganlar” yayda bu təkliflə alman klubuna üz tutacaqlar.

İddialara görə, Türkiyə millisinin üzvü də Premyer Liqada oynamağın əleyhinə deyil. Tərəflər arasında razılaşma əldə olunsa, 22 yaşlı yarımmüdafiəçi Londona köçməyə razıdı.

Qeyd edək ki, rəsmi olaraq bir açıqlama olmasa da, “Çelsi”nin ilk olaraq 17 milyon funt-sterlinq təklif edəcəyi söylənilir.

0
10