ABŞ-da təyyarə yaşayış evinin üstünə düşdü

ABŞ-da təyyarə yaşayış evinin üstünə düşdü

ABŞ-ın Moss-Biç şəhərində (Kaliforniya ştatı) yüngülmotorlu təyyarə yaşayış evinin üstünə düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində bir nəfər ölüb, daha bir nəfəri xilasedicilər dağıntılar altından çıxara bilib.

Hadisə yerinə polisə və yanğınsöndürənlər cəlb edilib. Məlumata əsasən, qəza nəticəsində fərdi yaşayış evi qismən dağılıb. İnsidentin səbəbi müəyyənləşdirilir.

0
9