Messidən jest: Federasiyanın 6 aylıq borcunu ödədi

Messidən jest:  Federasiyanın 6 aylıq borcunu ödədi

Argentina millisinin super ulduzu Lionel Messi təkcə yığmada vurduğu qollarla deyil, digər sahələrdə də ölkə futboluna yardımçı olmağa davam edir.

Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə oyunları ilə əlaqədar millinin düşərgəsində olan Leo Argentina Futbol Federasiyasının (AFA) borclarını da ödəyib.

Belə ki, toplanış zamanı məlum olub ki, AFA-nın millinin təhlükəsizliyini qoruyan şirkətə borcu var imiş. Federasiya şirkətə son 6 ayın ödənişini etməyib. Bu barədə təhlükəsizlik əməkdaşları Messiyə xəbər veriblər. O isə bütün xərcləri öz cibindən ödəyib.

0
5