Bir ailənin 5 üzvü dəm qazından öldü

Bir ailənin 5 üzvü dəm qazından öldü

İranın Bürucerd şəhərində bir ailənin 5 üzvü dəm qazından ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə,  hadisədə ata, ana və 3 övladı həyatını itirib.

Ailənin ölümünə səbəb vanna otağında sızan qaz olub.

Hazırda  hadisənin baş vermə səbəbləri  araşdırılır.

Qeyd edək ki, Bürucerd İranın Lorestan əyalətində yerləşir.

0
6