Azərbaycanda məhbus öldü

Azərbaycanda məhbus öldü

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyan rayonunun Xalac kəndində yerləşən 5 saylı Cəzaçəkmə müəssisəsində məhbuslardan biri qəflətən dünyasını dəyişib.

Oxu.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, 1966-ci ildə anadan olmuş Sabirabad rayon sakini Ağacanov Mübariz Tədbir oğlu müəssisənin sanitar qovşağında olarkən qəflətən halı pisləşib və dünyasını dəyişib.

Məhbusun ölümünün dəqiq səbəbi hərtərəfli tibbi ekspertizadan sonra müəyyən olunacaq.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

S.B.

0
6