ABŞ-da uşaq bayramı zamanı naməlum şəxslər atəş açdı

ABŞ-da uşaq bayramı zamanı naməlum şəxslər atəş açdı

ABŞ-ın Tennesi ştatında iki yaşlı körpənin ad günündə naməlum şəxslərin açdığı atəş nəticəsində uşağın anası ölüb, daha yeddi nəfər isə yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti WMCA-a istinadən məlumat yayıb.

Hadisə Dayersberq şəhərciyində baş verib. Aralarında 6 yaşlı uşağın da olduğu yaralılar xəstəxanaya yerləşdirilib. Xəstəxana polislər tərəfindən qorunur.

Qonşular bildiriblər ki, atışma yerli bandaların öz aralarında hesablaşmalarının nəticəsidir.

Hüquq-mühafizə orqanları ehtimal edilən cinayətkarları axtarırlar. Onların üç nəfər ola biləcəyi barədə məlumat yayılıb.

N.O.

0
9