Dünya çempionatının formatı dəyişdirilir

Dünya çempionatının formatı dəyişdirilir

FİFA prezidenti Canni İnfantino inqilabi dəyişikliklərini davam etdirir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, indi də klublararası dünya çempionatının formatına əl gəzdirmək niyyətindədi.

İnfantino marağı artırmaq üçün turnirdəki komandaların sayında da düzəliş ediləcəyini söyləyib: “Hazırda klublararası dünya çempionatı olduqca mürəkkəb formatda keçirilir. Ola bilsin ki, bundan sonra turnir 10-30 iyun aralığında dünyanın ən güclü 32 klubunun iştirakı ilə keçirilsin. Fikrimcə, bu, mövsümöncəsi yorucu turnelərdən daha yaxşı effekt verər. Futbolçular da yol yorğunluğundan qurtulmuş olarlar. Bütün bunlar futbolçuların sağlamlığı üçündü. Axı bu dönəmlərdə oyunçular həm də istirahət etməlidilər. Zvonimir Boban, Marko van Basten və mən ən uğurlu formatı müəyyənləşdirmək üçün burdayıq.

O, eyni zamanda FİFA reytinqi ilə bağlı islahatlar aparılacağını da bildirib: “FİFA reytinqinin hesablama sistemini dəyişmək istəyirəm. Bu çox çətindi. Ola bilər ki, dəyişikliklər DÇ-2018-dən sonra qüvvəyə minsin”.

Qeyd edək ki, klublararası dünya çempionatı 2005-ci ildən bəri 7 klubun iştirakı ilə dekabr aylarında keçirilir.

0
9