Ədliyyə Nazirliyində yeni idarə yaradılıb

Ədliyyə Nazirliyində yeni idarə yaradılıb

Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi yaradılıb.

Oxu.Az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə 18 iyun 2016-cı il tarixli fərmanında əksini tapıb.

Dəyişikliyə əsaəsn, Ədliyyə Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddi 420 ştat vahidi müəyyən edilib. Bundan əvvəl işçilərin say həddi 380 ştat idi.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

S.B.

0
5