Vasif Məhərrəmli: Kürəkənimi öz evimdə saxlayacağam

Vasif Məhərrəmli: Kürəkənimi öz evimdə saxlayacağam

ARB TV-nin efirində yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olan müğənni Vasif Məhərrəmli maraqlı açıqlamalar verib.

Oxu.Az bu barədə Milli.Az-a istinadla xəbər verir.

“Əvvəllər elə bilirdim ki, hər övladın yeri fərqlidir. Sonra anladım ki, elə deyil. 10 uşağın olsa belə, eyni cür qayğı göstərərəm. Təbii ki, bu, adamından asılıdır. Mən özümdən deyirəm. Amma qız övladına qarşı xüsusi simpatiyam var.

Ruslarda belə bir şey var ki, oğlan evlənir gedir, qız evlənir qalır. Mən demirəm belə edəcəyəm, amma çox gözəl fikirdir. Bizdə əksəriyyətin fikri fərqli məcradadır. Kürəkəni öz evinə gətirməyə pis baxırlar. Qızının öz yanında evlənib yaşamasının nəyi pisdir? Qınamasalar, el qınağı olmasa, edərəm. Allah imkan versə, qapı qonşuma verəcəm qızımı. Əvvəlcə Allah gözəl kürəkən versin. Ağıllı biri olsun, var-dövlət olmasa da olar. Var-dövlət olsa da olar, mən bir ata kimi ondan xahiş edərəm ki, o evlər sənin olsun, amma gəl mənim yanımda qal.

Ya da sən mənə bir ev al, mən gəlib sizin evin yanında yaşayaram. Bu yaxınlarda bir toyda oldum. Bəyin atası və gəlinin atası bir yerdə idilər. Qızın atası bəyə dedi ki, mən ən böyük hədiyyəmi bu gün sənə verirəm. Səndən bir xahişim var ki, mən ona necə olmuşamsa, sən də elə ol. İnanırsız toyun axırına kimi ağlaya-ağlaya oxumuşam. O sözlər məni tutdu”.

A.S.

0
3