“Petkim” I rübü mənfəətlə başa vurdu

“Petkim” I rübü mənfəətlə başa vurdu

“Maksimum istehsal və sürətli satış strategiyasını 2016-ci ilin I rübündə də davam etdirdik”.

Türkiyənin məşhur neft-kimya xammal istehsalçısı “Petkim” 2016-cı ilin I rübündə ötən ilin anoloji dövrü ilə müqayisədə 235% artımla 149 milyon TL (təxminən 80 milyon manat) xalis mənfəət əldə edib. 

Bu barədə Oxu.Az “Petkim Petrokimya Holding A. Ş.”-ə istinadən xəbər verir. 

Bundan başqa, hesabata görə, holdinqin aktivləri 5 milyard 461 milyon lirə (təxminn 3 milyard manat) təşkil edib.

Qeyd edək ki, ötən ilin I rübündə şirkətin xalis mənfəəti 44,4 milyon TL (təxminən 24 milyon manat) olmuşdu. 

Holdinqin baş direktoru Sadettin Korkut isə qeyd edib ki, 2015-ci ildə həyata keçirilən maksimum istehsal və sürətli satış strategiyasını 2016-ci ilin I rübündə də davam etdirdik. 

Qorqud onu da əlavə edib ki, son 3 ayda valyuta məzənnələrində dəyişiklik, tələb və neft-kimya məhsullarının qiymətinin bahalaşması onları daha çevik qərar verməyə məcbur edib: 

“Şirkətimizin maksimum səviyyədə istehsal və bazar tələblərinə daha çevik reaksiya verilməsi Strategiyası nəticəsində neft-kimya bazarında olan mövcud vəziyyəti öz xeyrimizə dəyişə bildik”. 

Məlumata üçün bildirək ki, Türkiyə sanayesini xammalla təchiz edən "Petkim"in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.

0
18