Rusiyanın məşhur aktyoru vəfat etdi

Rusiyanın məşhur aktyoru vəfat etdi

Rusiyanın xalq artisti, kino və teatr aktyoru Yevgeni Lazarev dünyasını dəyişib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, aktyor ömrünün 80-ci ilində vəfat edib.

S. Lazarev 1937-ci ildə Minskdə anadan olub. Sənət karyerasına Riqa teatrında başlasa da, sonradan fəaliyyətini Moskvanın bir neçə aparıcı teatrında davam etdirib. O, aktyorluqla yanaşı, 15-ə yaxın teatr tamaşasına quruluş verib.

Sənətkar 90-cı illərdə ABŞ-a köçüb, orada 15-dən artıq film və seriallarda müxtəlif rollar ifa edib.

0
3