Bakıda Birinci İndoneziya Mədəniyyət Festivalı start götürür

Bakıda Birinci İndoneziya Mədəniyyət Festivalı start götürür

İndoneziyanın Bakıdakı səfirliyi Bakı Muğam Mərkəzində 2016-cı ilin 19-20 noyabr tarixlərində Birinci İndoneziya Mədəniyyət Festivalı keçirəcək.

Oxu.Az xəbər verir ki, bu tədbir İndoneziyanın rəngarəng mədəniyyətinin əksi olacaq.

İlk iki gündə festivalda müxtəlif mədəni tədbirlər, rəqs və musiqili nömrələr olacaq. Festival çərçivəsində həmçinin kiçik yarmarka keçiriləcək, İndoneziyanın milli geyimləri təqdim ediləcək.

Tədbirdə İndoneziyanın Bakıdakı səfiri Husnan bəy Fanani və Azərabcyanın mədəniyyət və turim naziri Əbülfəs Qarayev iştirak edəcək.

Tədbir saat 15:00-dan 17:00-a qədər davam edəcək, giriş sərbəstdir.

E.Ə.

0
9