BP-də çalışan azərbaycanların sayı məlum oldu

BP-də çalışan azərbaycanların sayı məlum oldu

“2016-cı ilin üçüncü rübünün sonuna “BP-Azerbaijan” şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2865 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir”.

Bu barədə Oxu.Az şirkətin 2016-cı ilin ilk üç rübünün nəticələri açıqlanmış “Biznes Əməliyyatları Hesabat”na istinadən xəbər verir.

“Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 86%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər”, - deyə hesabatda vurğulanıb.

BP-dən həmçinin qeyd edilib ki, ixtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir.

U.A.

0
3