KİV: Ukrayna Saakaşvilini Gürcüstana verməyə hazırlaşır

KİV: Ukrayna Saakaşvilini Gürcüstana verməyə hazırlaşır

Rəsmi Kiyev Gürcüstanın keçmiş prezidenti, Odessa şəhərinin sabiq meri Mixail Saakaşvilini Gürcüstana təhvil verə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün “Ukrainskaya Pravda” Ukrayna Prezidenti Administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Daha öncə Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkonun məhkəmə qərarı ilə onun vətəndaşlıqdan məhrum olması məsələsi ilə məşğul olmağı tapşırmışdı.

“Həmsöhbətin sözlərinə görə, ölkə rəhbərliyi qanunu şəkildə onu vətəndaşlıqdan məhrum edə bilməyəcəyi üçün onun gürcü tərəfinə verilməsini düşünür”, - nəşr bildirib.

“Ukrainskaya Pravda” Saakaşvilinin mətbuat xidmətinə şərh üçün müraciət edib, amma hələlik heç bir şərh verilməyib.

Xatırladaq ki, noyabrın 7-də Saakaşvili Ukrayna prezidentini və onun ətrafını korrupsiyada ittiham edərək Odessa qubernatoru vəzifəsindən istefa verməsini elan edib.

N.O.

0
5