Naxçıvanda vəzifəli şəxs dəhşətli qəza törətdi: 2 qadın öldü

Naxçıvanda vəzifəli şəxs dəhşətli qəza törətdi: 2 qadın öldü

Araşdırmalar aparılır.

Naxçıvan Muxtar Respublikasında 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Naxçıvan şəhərinin Qoçüstü məhəlləsində "Hyundai" markalı 85 CF 754 dövlət qeydiyyat nişanlı avtomobil qadınları vurub.

Nəticədə ağır xəsarətlər alan 63 və 34 yaşlı iki qadın vəfat edib.

Hadisəni törədən "Hyundai" markalı 85 CF 754 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Məhərrəm Bağırov Naxçıvan şəhər Təhsil Şöbəsində baş mühasib işləyir.

Faktla bağlı araşdırmalar aparılır.

0
33