Xatirə İslam: "O bizim qarşımızda nəsə edə bilməz"

Xatirə İslam: "O bizim qarşımızda nəsə edə bilməz"

“Türklər onların şou aləminə kənar adamın gəlməsini sevmir, bizi qəbul etmirlər”.

Lent.az-ın məlumatına görə, bu sözləri “Solo+” verilişində müğənni Xatirə İslam deyib. O bildirib ki, Türkiyə şou-biznesində azərbaycanlı müğənnilərə yer yoxdur: “İki-üç il bundan əvvəl Çelik Azərbaycana gəldi. Dedi ki, “Azərbaycandakı şou-biznes mənlikdir”. Bunu eşidəndə beynim çöndü ki, bu nə danışır? O bizə qalib gələ, qarşımızda heç nə edə bilməz. Gəldiyi kimi də, biletini alıb geri qayıtdı. Bizimkilər türk mahnılarını elə oxuyur ki, seçilmir. Onlar bizim mahnıları oxuya bilirmi? Türkiyə şou-biznesində bizi qəbul etmirlər. Heç ora da qatılmaq fikrim yoxdur”.

0
7