Yeremenko iki il müddətinə oyundan kənarlaşdırıldı

Yeremenko iki il müddətinə oyundan kənarlaşdırıldı

Moskvanın MOİK və Finlandiya yığmasının yarımmüdafiəçisi Roman Yeremenko iki il müddətinə oyundan kənarlaşdırılıb, səbəb isə istifadəsi qadağan edilmiş preparata dair testin müsbət nəticələri olub.

Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

UEFA-nın nəzarət-intizam komitəsinin rəsmi qərarında bildirilib ki, “Bayer” komandasına qarşı sentyabrın 14-də keçirilən matçdan sonra futbolçunun dopinq-sınaqda kokain və onun metabolitlərinin izləri aşkar edilib.

Finlandiya oyunçusu 2016-cı ilin oktyabr ayının 6-dan qərarın qüvvəyə mindiyi gündən bütün yarışlardan kənarlaşdırılıb.

Apellyasiyaya kənarlaşdırma haqqında qərarın alınmasından sonra üç gün müddətində müraciət etmək mümkündür.


N.O.

0
5