Azərbaycana 600 milyon dollar kredit ayrılır

Azərbaycana 600 milyon dollar kredit ayrılır

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası 2017-ci ilin mart ayında Trans-Anadolu boru kəməri layihəsinə 600 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə bankdakı mənbə məlumat verib.

Bankdan verilən məlumata görə, bu kredit resursları “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılacaq.

Qeyd edək ki, TANAP-ın cari dəyəri 9,3 milyard dollardır. TANAP Azərbaycanın “Şahdəniz” yatağından qazın Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinədək nəqlini nəzərdə tutur.

U.A.

0
5