NATO baş katibi: "Bəzi türkiyəli zabitlər sığınacaq istəyib"

NATO baş katibi: "Bəzi türkiyəli zabitlər sığınacaq istəyib"

NATO strukturlarında çalışan bəzi türkiyəli zabitlər çalışdıqları ölkələrdən siyasi sığınacaq istəyib.

NATO-nun baş katibi Yens Stoltenberq Almaniya mediasında bu barədə dərc olunan xəbərləri təsdiqləyib. O, sığınacaq almaq barədə müraciətlərin Türkiyədəki 15 iyul çevrilişə cəhd hadisəsindəbn sonra daxil olduğunu deyib.

Baş katibin noyabrın 20-də Türkiyəyə səfəri zamanı bu məsələ müzakirə olunacaq. Türkiyəni qanunun aliliyinə hörmətlə yanaşmağa çağıran NATOrəhbəri bildirib ki, zabitlərə sığınacaq verilməsi məsələsi onların müraciət etdiyi ölkələrin səlahiyyətindədir.

 
 
 

0
6