Səhmdarı bağlanan bank olan sığorta şirkətinə dair qərar

Səhmdarı bağlanan bank olan sığorta şirkətinə dair qərar

“Başak İnam” sığorta şirkəti bazarda fəaliyyətini davam etdirəcək.

Oxu.Az xəbər verir ki, sığorta şirkətinin kapital problemi aradan qaldırılıb.

Qeyd edək ki, bir qədər əvvəl əsas səhmdarlarından birinin, yəni “Zamin Bank”ın bağlanması ilə sığorta şirkəti kapital çatışmazlığı ilə üzləşmişdi.

Belə ki, “Başak İnam” 24% (1,697 milyon manat) səhmdarı hazırda ləğvetmədə olan bank idi. Qanunvericiliyin tələbinə əsasən, sığorta şirkətinin kapitalına qoyulan tələb 5 milyon manatdır. Səhmdarının birini itirdikdən sonra isə şirkətin kapitalı 3,3 milyon manata düşmüşdü.

Bununla belə, şirkətin səhmdarları kapitalı artırmaq qərarına gəliblər. Belə ki, dekabr ayının 22-də “Başak-İnam”ın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək. Yığıncaqda əsas məsələ olaraq şirkətin kapitalın artırılması və şirkətin gələcək inkişafı məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, tələbə əsasən, sığorta şirkətinin kapital artımının 1,7 milyon manatdan artıq olacağı gözlənilir.

Mənbə: Fins.az

U.A.

0
5