MOK Vitali Rəhimovun medalını qaytarılmamasına münasibət bildirdi

MOK Vitali Rəhimovun medalını qaytarılmamasına münasibət bildirdi

Vitali Rəhimovun medalı geri qaytarılacaq.

Oxu.Az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Əzizə İsmayılova “Qafqazinfo”ya deyib.

O bildirib ki, Vitali Rəhimovun medalından məhrum edilməsinə aid sənədlər Beynəlxalq Olimpiya Komitəsindən Azərbaycan Milli Olimpiya Komitəsinə göndərilib.

“Artıq bu yöndə işlər gedir və Rəhimovun medalı geri qaytarılacaq. Ona verilən mükafatlar haqqında isə heç bir məlumatımız yoxdur”.

Qeyd edək ki, Vitali Rəhimov açıqlamasında medalı geri qaytarmayacağını bildirib.

E.Ə.

0
8