Erməni pulemyotçusu öldü

Erməni pulemyotçusu öldü

Ermənistanın Tavuş vilayətində müqavilə ilə xidmət edən hərbçi ölüb.

Oxu.Az bu barədə Novosti-Armeniyaya istinadən xəbər verir.

Məlumata görə, noyabrın 17-də saat 21:50-də hərbi hissələrin birinin atıcı batalyonunun buraxılış məntəqəsində müqavilə ilə xidmət edən pulemyotçu İvan Ayrapetyanın meyiti aşkar edilib. O, ağız nahiyəsindən və başının arxa sol tərəfindən dəlib keçmiş güllə yarasından ölüb.

N.O.

0
2