Mərkəzi Bank yenə depozit cəlb edəcək

Mərkəzi Bank yenə depozit cəlb edəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 21-də vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.

Oxu.Az xəbər verir ki, bu dəfə də AMB 50 milyon manat depozit cəlb etməyi hədəfləyib.

Hərrac “Bloomberg” ticarət sistemi üzərindən həyata keçiriləcək. Hərracla bağlı məlumat 21 noyabr saat 10-dan platformaya göndərilməlidir.

Qeyd edək ki, depozit hərracının müddəti 14 gün, depozit əqdləri üzrə faiz dərəcəsi isə 12,01%-14,99% müəyyən edilib.

U.A.

0
3