Azərbaycanda elektrobus istehsal olunacaq

Azərbaycanda elektrobus istehsal olunacaq

Gəncə Avtomobil Zavodunda 2017-ci ilin yanvarından “Eurabus” elektrik avtobuslarının yığılmasına başlanılacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Trend-ə “Gəncə Avtomobil Zavodu” İB-nin müşahidə şurasının sədri Xanlar Fətiyev deyib.

Onun sözlərinə görə, zavodun ilkin istehsalat gücü ildə 350-400 avtobus olaraq planlaşdırılıb.

Almaniyanın “Eurabus” şirkətinin baş direktoru Kristian Zayts iki şirkət arasında müqavilənin yaxın iki ay ərzində imzalanacağını deyib.

O, artıq ilk elektrobusun test sınağından keçirildiyini də bildirib. Gəncədə yığılacaq elektrobusların xarici ölkələrə, xüsusilə Gürcüstana ixrac olunması da planlaşdırılır.

E.Ə.

0
5