“Qara bazar”da dolların – QİYMƏTİ

“Qara bazar”da dolların – QİYMƏTİ

Bu gün daha 4 bank valyuta satışını dayandırıb.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bununla da dollar satmayan bankların sayı 25-ə çatıb.

Noyabrın 18-də bankların dollar satışını dayandırması “qara bazar”ı bir qədər də canlandırıb. Məlumata görə, bu saatlara qədər “qara bazar”da 1 dollar 1,8400 manata satılır.

Amerika valyutasını bazarda alış qiyməti də banklardan xeyli bahadır. “Qara bazar”da dollar 1,8200 manata alınır.

Onu da deyək ki, banklar rəsmən dollar satışından imtina etsələr də, dolları dolayısı ilə “qara bazar”a çıxarırlar. Həm də bununla vətəndaşların əlində olan dollar toplanır.

U.A.

0
5