Azərbaycanın gömrük keçid məntəqələri gücləndirilmiş rejimə keçib

Azərbaycanın gömrük keçid məntəqələri gücləndirilmiş rejimə keçib

Azərbaycanın gömrük keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib.

Aydın Əliyev məlumat verib. Onun sözlərinə görə, Gürcüstan “Yuxari Las” ərazisində qar uçqunları olduğundan Rusiya istiqamətində gedən yüklərin Azərbaycan ərazisindən keçəcəyi gözlənilir: “Bu həm Avropadan gələn, həm Türkiyədən və həm də Gürcüstandan gələn yüklər ola bilər. Bununla bağlı dünəndən “Sınıq körpü” gömrük-sərhəd keçid məntəqəsinə, eyni zamanda digər gömrük-sərhəd keçid məntəqələrinə göstəriş verilib və həmin məntəqələr gücləndirilmiş iş rejiminə keçirilib. Növbəyə çıxan işçilərin sayı artırılıb. Bu istiqamətdə bütün hazırlıq işləri yerinə yetirilib”.

0
4