Bakıda uşağın üstünə darvaza düşdü

Bakıda uşağın üstünə darvaza düşdü

Bakıda 10 yaşlı uşaq faciəli şəkildə ölüb.

Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə noyabrın 12-də rayonun Pirşağı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 10 yaşlı Nurlan Bədəllinin üzərinə həyətlərindəki dəmir darvaza düşüb.

Nəticədə uşaq aldığı xəsarətdən noyabrın 17-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
4