Millət vəkili: Azərbaycanda 15-20 bankın olması kifayətdir

Millət vəkili: Azərbaycanda 15-20 bankın olması kifayətdir “Bankların konsolidasiyası davam etməlidir və düşünürəm ki, Azərbaycanda 32 bankın olması artıqdır”. Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında deputat Vahid Əhmədov deyib. V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanda 15-20 bankın olması kifayətdir: “Bankların sağlamlaşdırılmasının əsas yolu onların birləşdirilməsindən keçir”. Deputat gələn il kommunal xidmətlərə görə tariflərin qaldırılmasının planlaşdırılmadığını deyib: “Hansısa kommunal xidmətlərin qiymətinin qaldırılmasını büdcədə müəyyən etməmişik. Amma bütün bunlar neftin qiymətindən və gedən iqtisadi proseslərdən asılı olacaq. Həmçinin sosial müavinətlərin artırılması da bütün bu proseslərə bağlıdır”. U.A.
0
5