Banka getmədən plastik kartdakı vəsaiti necə artırmaq olar?

Banka getmədən plastik kartdakı vəsaiti necə artırmaq olar?

Müştərilərinin rahatlığını düşünən “Expressbank” sürətli və rahat ödəmə vasitəsi – “ExpressPay” terminallarının ödəniş imkanları və xidmət şəbəkəsini daim genişləndirir.

Hazırda “ExpressPay” terminalları vasitəsilə ipoteka, yol polisi, vergi, gömrük və s. kimi 120-dək dövlət xidməti, həmçinin digər bank və bank olmayan kredit təşkilatları, sığorta şirkətləri, mobil operatorlar, kommunal, rabitə (Aztelekom – BTRİB), kabel TV, internet, onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər üzrə müxtəlif ödənişlər həyata keçirmək mümkündür.

“ExpressPay” ödəniş terminalları ilə bağlı daha bir yeniliyi nəzərinizə çatdırırıq. Artıq “ExpressPay” terminalları vasitəsi ilə “MilliKart” prosessinq mərkəzinin tərəfdaş banklarının plastik kartlarına pul mədaxil etmək mümkün olacaq.

“Cashtocard” adlanan bu xidmət vasitəsi ilə müştərilər günün istənilən saatında “PAŞA Bank”, “Accessbank”, “Unibank”, “ASB”, “Bank of Baku”, “Bank Melli İran”nın Bakı filialı, “Naxçıvanbank” və “Azərpoçt”un debet kartlarına vəsaitlərini yerləşdirə biləcəklər. “Cashtocard” tam onlayn şəklində çalışır və bir neçə dəqiqə ərzində vəsait kartda əksini tapır.

2014-cü ildən bu günədək ölkəmizin müxtəlif iaşə/ticarət mərkəzlərində, biznes plazalarda, iri market və mağazalarda, yanacaqdoldurma məntəqələrində 500-dən artıq “ExpressPay” terminalları quraşdırılmışdır.

Bu terminallar vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur.

Müştərilərlə şəffaf və operativ münasibətlər üçün “ExpressPay” ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti yaradılıb.

U.A.

0
9