ABŞ-ın dövlət katibliyinə namizəd İranda rejimi devirməyə çağırdı

ABŞ-ın dövlət katibliyinə namizəd İranda rejimi devirməyə çağırdı

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanında dövlət katibi postuna namizəd, eləcə də Amerikanın BMT-dəki səfiri Con Bolton bəyan edib ki, Birləşmiş Ştatlar İrandakı rejimin devrilməsini mütləq dəstəkləməlidir, çünki bu, Yaxın Şərqdə təhlükəsizliyin uzun müddət ərzində təminatına səbəb olacaq.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Politico” yazır.

“Ayətullahlar Yaxın Şərqdə sülh və beynəlxalq təhlükəsizlik üçün başlıca təhdiddirlər. Əlbəttə, onların hakimiyyətdən kənarlaşdırılması regiona işıq və rifah gətirməyəcək, amma əsas təhdidi uzaqlaşdıracaq”, - o deyib.

Bolton qeyd edib ki, ABŞ İran müxalifəti arasında müttəfiq axtarmalıdır. O əlavə edib ki, bu rejim populyar olmasa da, hakimiyyət silahla təmin edilib, amma Amerika hərbi qüvvəsinin istifadəsini ehtimal etmədən İran müxalifətinin dəstəklənməsi yolları mövcuddur.

N.O.

0
6