Nazirlik: Azərbaycana investisiyalar azalacaq

Nazirlik: Azərbaycana investisiyalar azalacaq

Azərbaycanda 2017-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,3 milyard manat proqnozlaşdırılır ki, bu da əvvəlki illə müqayisədə 18,6% azdır.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2017-ci il və sonrakı üç il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən xəbər verir.

Gələn il yatırılacaq investisiyaların 39,6%-i daxili, 60,4%-i isə xarici maliyyələşmə mənbələrinin payına düşür. Ümumi investisiyaların 5,6 milyard manatının qeyri-neft sektoruna, 9,7 milyard manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur.

Gələn il qeyri-dövlət investisiyalarının 10,8 milyard manat olmaqla, ümumi investisiyaların 70,5%-ni, dövlət investisiyalarının isə 4,3 milyard manat olmaqla, ümumi investisiyaların 29,5%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2016-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 18,8 milyard manat proqnozlaşdırılır ki, bunun da 57,8%-nin daxili, 42,2%-nin xarici investisiyaların payına düşəcəyi gözlənilir.

Bu il ümumi investisiyaların 10,8 milyard manatının qeyri-neft sektoruna yönəldilməsi nəzərdə tutulur. Növbəti ildə qeyri-dövlət investisiyaları 11,0 milyard manat olmaqla, ümumi investisiyaların 58,2%-ni təşkil edəcəyi proqnozlaşdırılır. Dövlətin ümumi investisiyaların strukturunda payının isə 41,5% və ya 7,9 milyard manat olacağı gözlənilir.

U.A.

0
10