Tramp xarici ölkə lideri ilə ilk görüşünü keçirdi

Tramp xarici ölkə lideri ilə ilk görüşünü keçirdi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cümə günü xarici ölkə lideri ilə ilk görüşünü keçirib. O, Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, Yaponiyanın baş naziri Nyu-Yorka noyabrın 17-də gəlib. Görüşdə müzakirə edilən mövzular barədə məlumat verilmir.

Görüşün nəticələrinə görə, Abe ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə etibarlı münasibətlərin qura biləcəyini bəyan edib.

“Biz çox ətraflı söhbət etdik. Mən müxtəlif məsələlər üzrə mövqeyimizi bildirdim. Əminəm ki, yeni seçilmiş prezident Tramp ilə etibarlı münasibətlər qura bilərik”, - Abe bildirib.

Yaponiyanın baş naziri görüşün təfərrüatlarını açıqlamayıb. Sadəcə, onun qeyri-rəsmi xarakter daşıdığını söyləyib, belə ki, Trampın rəsmi inauqurasiyası baş tutmayıb.

Trampın qələbəsi Yaponiya hökuməti üçün gözlənilməz oldu, bu səbəbdən də çoxsaylı mənbələr gələcək prezident və onun ətrafı ilə münasibətləri sıfırdan qurmaq lazım olacağını söylədi.

Bununla əlaqədar yapon hökuməti hazırda Tramp ilə münasibətlərin yaranmasına böyük diqqət ayırır. Tokionu iki məsələ: Yapon-Amerika Alyansı və Trans-Sakit okean tərəfdaşlığına dair sazişin taleyi narahat edir.

N.O.

0
5